Soçidə dağ yollarında yoxlama aparan xidmət əməkdaşı uçqun altında qalıb

Rusiyanın Soçi vilayətində qar uçqunlarına qarşı xidmətin əməkdaşı dağda uçqun altında qalıb.

Hadisə xidmət əməkdaşının dağ yollarında yoxlama apardığı zaman baş verib.

Bu barədə “Krasnaya Polyana” kurortunun mətbuat xidmətindən məlumat verilib.

“Qar uçqunlarına qarşı xidmətin fəaliyyəti zamanı xidmətin əməkdaşı uçqun altında qalıb. Həmkarları onu dərhal qazıb çıxarıblar. Belə hallar üçün onların hər zaman yanlarında lazımi avadanlıqlar var”, – deyə mətbuat xidmətindən bildirilib.

Mənbə: İzvestiya

Share: