SOCAR və “China Energy International Group” rentabelli layihələrin reallaşdırılmasını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “China Energy International Group Co. Ltd” (Energy China International) şirkəti texniki və maliyyə cəhətdən rentabelli layihələrin reallaşdırılmasını müzakirə ediblər.

Oxu.Az xəbər verir ki, müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin “China Energy International Group”un baş vitse-prezidenti Xiaodan Lin ilə keçirilən görüşdə aparılıb.

Görüşdə SOCAR-ın fəaliyyət istiqamətləri, ölkə daxilində və xarici ölkələrdə həyata keçirilən investisiya layihələri, enerji keçidi ilə bağlı uzunmüddətli hədəflər və bərpa olunan enerji sahəsində görülən işlər haqqında məlumat verilib.

“Energy China International” şirkətinin dünyanın müxtəlif ölkələrində yaşıl enerji və aşağı karbonlu enerji sahəsində çoxşaxəli fəaliyyət göstərdiyi və Çinin aparıcı beynəlxalq şirkətlərindən biri olduğu qeyd edilib.

Görüş çərçivəsində bərpa olunan enerji layihələrinin inkişafı, tərəflər arasında təcrübə mübadiləsinin təşkili və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Share: