Sentyabr döyüşlərində şəhid olan Sadiq Əzizlinin doğum günüdür

Sentyabr döyüşlərində şəhid olan Sadiq Əzizlinin doğum günüdür.

Sadiq Zaur oğlu Əzizli 13 mart 2003-cü ildə Bakı şəhərində anadan olub.

2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olub.

Şəhid anası Elnurə Əzizova bildirib ki, Sadiqin şəhid olmaq arzusu olub:

“Dostları ilə danışarkən qeyd edib ki, qayıtmağıma az qalıb. Mən şəhid ola bilmədim. 2-3 gün sonra Sadiq şəhid oldu. Allah o günü ona qismət etdi”.

Daha ətraflı Baku TV-nin süjetində:

Share: