Semyon Peqov Moskvada saxlanılıb

Rusiyalı hərbi jurnalist, “WarGonzo” “Telegram” kanalının müəllifi Semyon Peqov Moskvada polis əməkdaşları tərəfindən saxlanılıb.

Erməni əsilli media maqnatı Aram Qabrielyanın maliyyələşdirdiyi “WarGonzo” layihəsi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla bağlı dezinformasiyaların yayılması ilə məşğul olub.

Kanalın müəllifi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

Rusiya KİV xəbər verir ki, Peqov sərxoş vəziyyətdə mehmanxanaya daxil olmağa çalışıb və administratoru hədələyib. Bu zaman mehmanxana rəhbərliyi ondan polisə şikayət edib və Peqov polis tərəfindən saxlanılaraq barəsində protokol tərtib olunub.

Share: