Sankt-Peterburda yaralı əsgərin ayağından partlamağa hazır mina parçası çıxarılıb

Rusiyanın Sankt-Peterburq şəhərində Hərbi Tibb Akademiyanın həkimləri yaralı əsgərin ayağından partlamağa hazır mina parçası çıxarıblar.

Bu barədə Kirov adına Hərbi Tibb Akademiyasının saytında məlumat verilib.

Ayağında 12 santimetrlik mina parçası ilişib qalan əsgər cərrahlar tərəfindən xilas edilib. Hər an partlayış baş verə biləcəyi üçün həkimlər təhlükəsizlik səbəbi ilə zirehli gödəkçə geyiniblər.

“Tibb xidmətinin polkovnik-leytenantı Vitali İvanov həyatını təhlükəyə ataraq minanın partlayıcı parçasını əsgərin ayağından çıxarıb və mina parçası zərərsizləşdirilməsi üçün istehkamçılar tərəfindən aparılıb”, – deyə məlumatda qeyd edilib.

Mənbə: Spb.mk.ru

Share: