Sabahın hava proqnozu

Avqustun 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28 dərəcə isti, gündüz 34-39 dərəcə isti olacaq. Bakıda gecə 25-27 dərəcə isti, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 41-42 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq.

Share: