Sərnişin sükanı uçuruma tərəf döndərməyə çalışdı: Türkiyədə avtobusda dəhşət anları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə ictimai nəqliyyatda baş verən dəhşət anları kameralara düşüb. Kadrlar Mersin-Adıyaman istiqamətində hərəkət edən və içərisində 26 sərnişinin olduğu avtobusda qeydə alınıb.

Videoda sərnişinlərdən birinin qəfildən sükana cumaraq, onu döndərməyə çalışdığı görünüb. Ancaq avtobus sürücüsü ona müqavimət göstərib.

Məlumata görə, sərnişin avtobusu uçurum istiqamətinə döndərməyə çalışıb, ancaq avtobus son anda baryerlərə çırparaq dayandırıb.

Nəzarətə alınan sərnişinin qanında narkotik aşkarlanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Sözcü

Share: