İsrail əsgərləri Qüdsdə gərgin şəraitində ölülərini dəfn edirlər — Fotolar

Xəbər verdiyimiz kimi, HƏMAS qruplaşmasının İsraili raket atəşinə tutması nəticəsində İsrail ordusu Qəzza zolağında hərbi əməliyyata başlayıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ən son məlumata görə, HƏMAS-ın İsrailə hücumu nəticəsində 1300 israilli ölüb, Qəzzada ölənlərin sayı isə 1799 nəfərdir.

İsrail əsgərləri ölülərini Qüdsdə gərgin şəraitində dəfn etməyə məcbur olublar.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir. 


Share: