Səfərdən qayıdan Moskva sakinləri evlərində ilan tapdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tailandda tətillərini başa vurub qayıdan Moskva sakinləri evlərində ilan aşkar ediblər.

Onlar qayıtdıqdan bir müddət sonra qarniturun üzərində qara zolaqlı yaşıl ilan görüblər.

Moskvanın Stroqino rayonunun sakinləri bildiriblər ki, evə gəldikdən dərhal sonra əşyalarını açıb yerləşdiriblər, lakin qeyri-adi heç nə görməyiblər.

Buna baxmayaraq, ilanın Moskvaya Tailanddan çamadanda gəldiyi güman edilir. Çox güman ki, ilan onların baqajında ​​dünyanın yarısını uçaraq gəlib.

Moskvalılar otaqdan çıxaraq ilanı orda kilidləyiblər və xilasediciləri çağırıblar. İlan tutulub və Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Departamentinin mütəxəssislərinə təhvil verilib.

Mənbə: “Mash” “Telegram”

Share: