Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 167 490 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 557 tank, 6 887 zirehli maşın, 2 589 artilleriya sistemi, 509 reaktiv yaylım atəşi sistemi, 272 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 2 183 PUA, 909 qanadlı raket, 18 gəmi/qayıq, 5 434 avtomobil texnikası və avtosistern, 270 xüsusi texnikadan ibarətdir.

Share: