Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 126 160 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 197 tank, 6 366 zirehli maşın, 2 195 artilleriya sistemi, 453 reaktiv yaylım atəşi sistemi, 221 hava hücumundan müdafiə sistemi, 293 təyyarə, 284 helikopter, 1 947 PUA, 796 qanadlı raket, 18 gəmi/qayıq, 5 037 avtomobil texnikası və avtosistern, 199 xüsusi texnikadan ibarətdir.

Share: