Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 52 250 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 136 tank, 4 584 zirehli döyüş maşını, 1 259 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 212 helikopter, 898 PUA, 215 qanadlı raket, 15 gəmi, 3 426 avtomobil texnikası və avtosistern, 114 xüsusi texnikadan ibarətdir.

Share: