Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 278 130 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 691 tank, 8 984 zirehli maşın, 6 447 artilleriya sistemi, 796 RYAS (reaktiv yaylım atəşi sistemi), 537 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 5 006 operativ-taktiki PUA, 1 529 qanadlı raket, 20 gəmi/qayıq, bir sualtı qayıq, 8 854 avtomobil və sistern, 932 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Share: