Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 264 660 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 476 tank, 8 649 zirehli maşın, 5 582 artilleriya sistemi, 733 RYAS (reaktiv yaylım atəşi sistemi), 502 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 444 operativ-taktiki PUA, 1 419 qanadlı raket, 18 gəmi/qayıq, 8102 avtomobil və sistern, 841 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Allahverdi Şahbazov
Ukrayna

Müstəqil.Az

 

Share: