Rusiyalı 11 yaşlı qızından polisə şikayət etdi

Rusiyanın Perm vilayətinin sakini 11 yaşlı qızı ilə bağlı polisə şikayət ərizəsi yazıb. İddiaya görə, uşaq ad günündə ona atasının hədiyyə etdiyi skuteri oğurlayıb.

Kişinin keçmiş həyat yoldaşı bildirib ki, 2020-ci ildə onlar boşandıqdan sonra Sergey Qavrin ana və uşaqlarına aman vermir.

O, qızını anasından almaq istəsə də, buna nail ola bilməyib və indi də hər yolla qısas almağa çalışır.

Mənbə: Mash

 

Share: