Rusiyada zavodda böyük yanğın baş verib

Rusiyanın Samara vilayətində keçmiş diyircəkli yastıq (“podşipnik”) zavodunun ərazisində böyük yanğın baş verib. Yanğının sahəsi min kvadratmetrə çatıb.

Hadisə barədə Samara vilayəti üzrə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Belə ki, nazirlikdən verilən məlumata görə, yanğın barədə məlumat sentyabrın 15-də saat 10:39-da növbətçi xidmətə daxil olub. Qeyd edək ki, Kirov bazarının yaxınlığında, Kalinin küçəsi, 1 ünvanında 100 kvadratmetr ərazini əhatə edən yanğın başlayıb və getdikcə yanğın sahəsi artıb.

Ölən və yaralanan yoxdur. Yanğını söndürmək üçün 71 nəfər və 22 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyindən 59 nəfər və 18 texnika cəlb edilib.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Share: