Rusiyada qız ehtiyatsızlıqdan anasının avtomobilini suya salıb

Rusiyanın Moskva şəhərinin yaxınlığında yerləşən Klyazma su anbarının çimərliyində minik avtomobili sürüşərək suya düşüb.

Qeyd olunur ki, “Kia Soul” markalı krossoveri idarə edən qız veykbord sürmək üçün Klyazma su anbarının yaxınlığında yerləşən “Xlebnikovo” istirahət mərkəzinə gedib. O, avtomobili saxlayıb, lakin əl əyləcini çəkməyi unudub. Qız sahilə tərəf getdikdən sonra avtomobil hərəkətə başlayıb və sahibini ötərək suya düşüb. Qız maşını saxlamağa çalışsa da, buna nail ola bilməyib.

Verilən məlumata görə, avtomobil qızın anasına məxsusdur.  Avtomobil artıq su anbarından çıxarılıb və ciddi təmirə ehtiyacı var.

Mənbə: “BAZA” “Telegram” kanalı

Share: