Rusiyada müəllim və tələbənin elmi müzakirə üçün uğursuz yer seçimi onları üfunətə qərq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada texnikumda kanalizasiya sistemi qəfil partlayaraq müəllim və tələbəni batırıb.

Təhsil müəssisəsinin müşahidə kameraları baş verənləri qeydə alıb.

Kadrlardan görünür ki, müəllim və şagird təhsil müəssisəsinin dəhlizində oturub söhbət edirlər, qəfildən qadının arxasındakı alçipan arakəsmənin bir hissəsi dağılır, çirkab suları güclü təzyiqlə onların üzərinə tökülür.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, hazırda kanalizasiya sistemində nasazlıq aradan qaldırılır, divar təmir olunur

Mənbə: Gazeta.ru

Share: