Rusiyada hərbi anbarlarda yanğın başlayıb

Rusiyanın Sverdlovsk vilayətində hərbi anbarlarda yanğın baş verib.

Məlumatı regionun fövqəladə hallar xidməti də təsdiq edib.

Qeyd olunur ki, meşə yanğınları genişlənərək Pervomayski kəndindəki hərbi anbarlara keçib.

Hadisə şahidlərinin sözlərinə görə, barıt olan anbarda silsilə partlayışlar baş verir.

Mənbə: TASS

Share: