Rusiya yeni raket hücumuna keçə bilər: Strateji bombardmançılar hazırlanır

“Rusiya Federasiyası yeni raket zərbələri dalğasına hazırlaşır, bunun üçün Qara dənizə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb”.

Bu barədə “Cənub” əməliyyat komandanlığının spikeri Natalya Qomenyuk telemarafon zamanı məlumat verib.

“Uzun müddətdən sonra ilk dəfə Qara dənizdə döyüş növbətçiliyinə raketdaşıyıcı çıxarılıb. Göyərtəsində səkkiz “Kalibr” raketi daşıyan yerüstü raketdaşıyıcının ortaya çıxması hazırlıqların getdiyindən xəbər verir”, – deyə Qomenyuk bildirib.

Təchiz edilmiş raketdaşıyıcılar Rusiya qoşunlarının baza nöqtələrində yerləşir, onlardan bir neçə saat ərzində istifadə oluna bilər.

“Bilmək lazımdır ki, hava hücumu həyəcan siqnalları kritik ola bilər. Çox güman ki, həftənin əvvəli belə bir hücumla başlayacaq”, – deyə spiker qeyd edib.

Spiker həmçinin ukraynalıları həyəcan siqnallarını gözardı etməməyə çağırıb.

Eyni zamanda Rusiya Aerokosmik Qüvvələrinin Xəzər dənizi istiqamətindən 20-yə yaxın strateji bombardmançı hazırladığı bildirilib. Bundan əvvəl Dyagilev aerodromundan Engelsə əlavə “Tu-95”lərin göndərildiyi vurğulanıb.

Qeyd edilib ki, əvvəllər zərbələrin endirilməsi üçün eyni anda 11-ə yaxın təyyarədən istifadə edilirdi.

Mənbə: Vesti.ua

Share: