Rusiya XİN İrəvandan notaya cavab tələb etdi

“Rusiya səfirliyi İrəvandakı “Surmalu” ticarət mərkəzində baş verən partlayışlarla bağlı paylaşımlardan sonra Ermənistan XİN-ə göndərdiyi notaya cavab gözləyir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev News.ru portalının jurnalistinin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu gün Rusiya Federasiyasının müvəqqəti işlər vəkili ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi arasında konstruktiv söhbət baş tutub.

“Biz cavab gözləyirik”, – deyə Neçayev əlavə edib.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı səfirliyi avqustun 14-də “Surmalu” ticarət mərkəzində baş vermiş hadisədə Rusiya strukturlarının ittiham olunduğu paylaşımlarla bağlı XİN-ə nota göndərib.

Share: