Rusiya və Çin hərbi gəmilərini Yapon dənizinə göndərdilər

Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin bölmələri Yaponiya dənizində görüşüblər. Görüş “Vostok-2022” strateji komanda-qərargah təlimləri çərçivəsində baş tutub.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya donanması Sakit Okean Donanmasının “Marşal Krılov”, “Qremyaşşiy”, “Soverşennıy”, “Rusiya Federasiyasının Qəhrəmanı Aldar Sıdenjapov”, “Oslyabya”, “Peresvet”, “Nikolay Vilkov” gəmiləri, həmçinin köməkçi donanma gəmiləri ilə təmsil olunur.

Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri təlimlərə “Nyan Çan” esminesi, “Yan Çen” patrul gəmisi və “Dun Pinxu” kompleks təchizat gəmisini göndərib.

Mənbə: Gazeta.ru

Share: