Rusiya qırıcısı qəzaya uğradı

Krımda Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Təyyarə qəzası Raznodelnenski və Krasnoperekopski rayonlarının sərhədində baş verib.

Hadisə şahidlərinin məlumatına görə, səhər saat 6 radələrində hərbi təyyarə əkin sahəsinə düşüb. Ehtimal olunur ki, bu, Su-34 qırıcısı ola bilər.

Pilotlar katapult etməyə müvəffəq olublar.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Mənbə: Baza

Share: