Ronaldunun model sevgilisi çimərlik geyimində görüntülərini paylaşdı

“Mançester Yunayted”in ulduz hücumçusu Kriştianu Ronaldunun sevgilisi, model Corcina Rodriges istirahətindən fotolar yayımlayıb. Kadrlarda o, çimərlik tətilindən bir neçə kadr yerləşdirib.

Şəkillər arasında Ronaldu ilə ümumi uşaqları – dörd yaşlı Alana və dörd aylıq Bella, həmçinin futbolçunun uşaqları – 12 yaşlı kiçik Kriştianu, beş yaşlı əkizlər Yeva və Mateonun da görüntüləri yer alıb.

Şərhlərdə modelin pərəstişkarları onun əla fiziki formada olduğunu qeyd ediblər.

Share: