Ronaldu qol vurdu, “Əl-Nəsr” qalib gəldi

Səudiyyə Ərəbistanı çempionatında 8-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, məşhur futbolçu Kriştianu Ronaldunun da formasını geyindiyi ”Əl-Nəsr” səfərdə “Əl-Tai” ilə qarşılaşıb.

Matç “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

32-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Anderson Taliska fərqlənib. Qol ötürməsini Ronaldu verib. 79-cu dəqiqədə “Əl-Tai”nin yarımmüdafiəçisi Virgil Misidyan hesabı bərabərləşdirib. Ronaldu 87-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək “Əl-Nəsr”ə qələbə qazandırıb.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü yerdədir. Komanda 8 görüşdən sonra 16 xal toplayıb. “Əl-Tai” yeddi xalla 12-cidir. “Əl-İttihad” 19 xalla liderdir.

Share: