Rafael Fiziyev hakimlərin qərarı əsasında Castin Geyciyə uduzdu

Azərbaycanlı MMA idmançısı Rafael Fiziyev UFC-də növbəti döyüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 29 yaşlı idmançı İngiltərənin paytaxtı Londonda keçirilən “UFC-286” turnirinin əsas proqramında ABŞ təmsilçisi Castin Geyci ilə qarşılaşıb.

Döyüş Fiziyevin məğlubiyyəti ilə başa çatıb. Qeyci hakimlərin qərarı ilə qalib elan edilib.

Bu, Rafaelin UFC karyerasında 2-ci məğlubiyyəti olub. O, 12 dəfə qələbə qazanıb.

 

 

Share: