Qubada yağan qar fermerləri müşkül vəziyyətə salıb: Məhsuldan və gəlirdən məhrum ola bilərlər

Hazırda ölkə ərazisində aprel ayı üçün heç də xarakterik olmayan hava şəraiti müşahidə olunur.

Yaz fəslini yaşasaq da, xüsusən Qubada qış abı-havası yaşanır. Ağacların çiçək açdığı bu dövrdə rayona yağan qar və temperaturun aşağı düşməsi bir çox təsərrüfat sahiblərini narahat edir.

Onların qənaətinə görə, aprel ayında yağan qar xüsusilə çiçək açan badam, ərik, alça və bu kimi meyvə ağaclarına ciddi ziyan vura bilər.

Fermer Aslan Əsgərov deyir ki, qar yağması nəticəsində meyvə ağaclarının çiçəklərini yel vuracaq və onlar məhv olacaqlar, yaxud tozlanma getməyəcək: “Bu da məhsuldarlığa, bizim gələcəkdə gəlir götürməyimizə mənfi təsir göstərəcək”.

Daha ətraflı Baku TV-nin süjetində:

Share: