Qonur ayı meşəni tərk edib avtomobil yoluna çıxdı

Türkiyənin Ərzincan vilayətində qonur ayı avtomobil yoluna enib.

Sürücülərdən biri sürətlə qaçan ayının görüntülərini mobil telefonuna çəkərək sosial şəbəkələrdə paylaşıb.

Bir müddət maşının qarşısında qaçan qonur ayı daha sonra yoldan çıxaraq meşəlik əraziyə daxil olub.

Mənbə: Haber Global

Share: