Qaradağda qəza ölümlə nəticələndi

Dekabrın 30-da saat 22 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Rəcəbovun idarə etdiyi VAZ-2106 və Bakı şəhər sakini R.Səfərovun idarə etdiyi KİA markalı avtomobillər toqquşub.

Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qəza nəticəsində Q.Rəcəbov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Share: