“Qarabağ” – “Nant” oyununda ilk hissə başa çatıb

Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda ilk hissə başa çatıb.

Müstəqil.Az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.

20:47

Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başlayıb.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.

Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.

G qrupunun digər matçında “Olimpiakos” “Frayburq”u qəbul edir. “Nant” ilk turda Yunanıstan “Olimpiakos”unu məğlub edib – 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

20:14

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda üz-üzə gələcək “Qarabağ” və Fransanın “Nant” komandasının start heyətləri bəlli olub.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 6. Julio Roman, 7. Riçard Almeyda, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

“Nant”: 1. Alban Lyafon, 2. Fabio, 4. Nikolya Pallua, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 27. Moyzes Simon, 31. Mustafa Məhəmməd

Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç, 3. Andrey Cirotto, 5. Pedro Çirivelya, 7. Evann Gessan, 11. Markus Koko, 12. Dennis Appia, 29. Kenten Merlen, 55. Abdul-Kader Bamba

Baş məşqçi: Antuan Kambuare

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

09:08

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı II sınağında Fransa “Nant”ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.

“Köhlən atlar”dan zədəli Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov oyunu buraxacaq. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.

“Nant” ilk turda Yunanıstan “Olimpiakos”unu məğlub edib – 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

G qrupunun digər matçında “Olimpiakos” “Frayburq”u qəbul edəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)

Baş hakim: Enea Yorqyi (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: “Frayburq” – 3. “Nant” – 3. “Qarabağ” – 0. “Olimpiakos” – 0.

Qeyd edək ki, qrupun digər matçında “Frayburq” “Olimpiakos”un qonağı olacaq.

 

Share: