“Qalatasaray” üç xalı darmadağınla qazanıb

“Qalatasaray” Türkiyə Super Liqasında növbəti qələbəsini qazanıb.

İstanbul təmsilçisi XVIII turda evdə “Hatayspor”u darmadağın edib – 4:0.

Hesabı 9-cu dəqiqədə Kerem Aktürkoğlu açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü və 6-cı dəqiqələrində fərqlənən Xuan Mata fərqi 3 topa çatdırıb. Son nöqtəni isə 77-ci dəqiqədə Bafetimbi Qomis qoyub.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran “Qalatasaray” liderliyini möhkəmləndirib. 17 xalı olan “Hatayspor” isə 16-cı pillədə qərarlaşıb.

Share: