Putin və Si Cinpin arasında danışıqlar 4,5 saat davam edib

Çin Prezidenti Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar başa çatıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlar 4,5 saat davam edib. Tərəflər təkbətək müzakirə aparıb, daha sonra nahar ətrafında danışıqları davam etdiriblər.

18:22

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında Kremldə danışıqlar başlayıb.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun daha əvvəl dediyi kimi, Putin və Si Cinpin arasında təkbətək söhbət olacaq və sonra görüş qeyri-rəsmi naharla davam edəcək.

Kreml nümayəndəsi qeyd edib ki, bu, çox mühüm görüş olacaq, iki dövlətin başçıları ən aktual məsələləri müzakirə edəcəklər.

Mənbə: TASS

Share: