PSJ səfərdə “Lion”a rəhm etmədi

PSJ Fransa çempionatının IV turunu qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, Paris təmsilçisi səfərdə “Lion”dan güclü olub – 4:1.

Kilian Mbappenin dubl etdiyi qarşılaşmada Əşrəf Hakimi və Marko Asensio PSJ-nin digər qollarını vurublar. “Lion”un təsəlli topuna penaltidən Korentin Tolisso imza atıb.

Dörd matçda səkkiz xal toplayan PSJ ikinci pillədə qərarlaşıb. “Lion”un cəmi bir xalı var və sonuncu – 20-cidir.

Share: