Premyer Liqa: “Liverpul” doğma meydanda qalib gəldi

İngiltərə Premyer Liqasının 35-ci turunda “Liverpul” öz meydanında “Brentford”a qalib gəlib – 1:0.

Oxu.Az xəbər verir ki, matçda yeganə qolu 13-cü dəqiqədə Məhəmməd Salah vurub.

Qələbə sayəsində xalını 62-yə çatdıran “Liverpul”un mövqeyi dəyişməyib. Komanda əvvəlki kimi 5-cidir və iki oyun artıq keçirdiyi 4-cü  “Mançester Yunayted” dən 1 xal geri qalır.

20:49

İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində “Mançester Siti” evdə “Lids” üzərində qələbə qazanıb.

“Mançester Siti” – “Lids” – 2:1

Keçirilən digər oyununda “Çelsi” səfərdə “Bornmut”dan güclü olub.

“Bornmut” – “Çelsi” – 1:3

“Tottenhem” isə doğma divarlar arasında “Kristal Pelas” üzərində minimal hesablı qələbə qazanıb.

“Tottenhem” – “Kristal Pelas” – 1:0

Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 82 xalla “Mançester Siti” başçılıq edir.

Share: