Polşada naməlum metal əşya yaşayış binasının üzərinə düşüb

Polşanın qərbində, Kuyav-Pomeraniya bölgəsi ilə sərhəd yaxınlığında Rakov şəhərində yaşayış binasının üzərinə naməlum metal əşya düşüb.

Obyekt dam örtüyünə ciddi ziyan vurub, onu dəlib və içəri düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda prokurorluqda araşdırma aparılır. Araşdırmaya mülki aviasiya xidmətlərinin cəlb olunduğu qeyd edilir. Lakin onlar obyektin təyyarənin elementi olduğunu istisna ediblər.

Mənbə: RMF FM

Share: