PKK-nın ilk terror aktının ildönümü günü iğtişaşlar törətmək istəyən terrorçular saxlanıldılar

Türkiyənin Mersin şəhərində avqustun 15-də iğtişaşlar yaratmağa hazırlaşan PKK terrorçuları saxlanılıblar. Onların sosial media hesablarında separatçı terror təşkilatını təbliğ edən paylaşımlar aşkarlanıb.

Həmçinin saxlanılan şəxslərin avqustun 15-də PKK terror təşkilatının ilk terror aktının ildönümü münasibətilə iğtişaşlara hazırlaşdıqları məlum olub. Belə ki, bununla bağlı müxtəlif aksiyalar təşkil etmək və insanları küçələrə yönəltmək planları aşkara çıxıb.  

Aparılan xüsusi əməliyyat nəticəsində Mersin, Tarsus və Silifkedə 10 ünvanda səkkiz şübhəli saxlanılıb.

Axtarışlar zamanı çox sayda təşkilati sənəd ələ keçirilib.

Nəzarətə alınan şübhəlilər polis bölməsinə aparılıblar. Digər iki nəfərin axtarışları davam edir.

Mənbə: Haberler.com

Share: