Paytaxtın hansı küçələrində tıxac var?

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:

1. “20 Yanvar” dairəsində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Share: