Paris Hiltonun surroqat anadan övladı dünyaya gəldi

Amerikalı aktrisa və model Paris Hilton ilk dəfə ana olub.

O, bu barədə “Instagram” hesabında paylaşım edib.

Ulduz ilk övladının əlini tutduğu fotonu paylaşıb.

Uşaq surroqat ananın köməyi ilə dünyaya gəlib. Aktrisa hələlik uşağın cinsini və adını açıqlamayıb.

Paris Hilton 2021-ci ilin noyabrında iş adamı Karter Reumla ailə həyatı qurub. Bundan əvvəl o üç dəfə nişanlanıb, lakin heç vaxt evlənməyib.

Share: