Paris Hilton Helluin gecəsinə Britni Spirsin obrazında gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktrisa, müğənni və model Paris Hilton Hollivudda ilk Helluin şənliklərindən birinə müğənni Britni Spirsin obrazında gəlib.

O, 2003-cü ilin məşhur “Toxic” klipində Spirsin açıq-saçıq stüardessa görünüşündə qatılıb.

Partidə həmçinin Castin Biber, Meqan Foks, Edvard Norton, Sindi Krouford, Kaya Gerber, Tobi Maquayr, Paris Cekson və digər məşhurlar da iştirak ediblər.

Mənbə: gazeta.ru

Share: