Oxu.az – Paris Hilton ana olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Amerikalı aktrisa və model Peris Hilton musiqi prodüseri Klayv Devisin qala gecəsinin qonağı olub.

41 yaşlı məşhur tədbirə əri Karter Reumla birlikdə gəlib. Cütlük oğulları doğulduqdan sonra ilk dəfə ictimaiyyət qaşısına çıxıb.

Qeyd edək ki, uşaq yanvarın sonunda surroqat ana sayəsində dünyaya gəlib. Paris Hilton şad xəbəri sosial şəbəkədə paylaşıb.

Xatırladaq ki, model 2021-ci ilin noyabrında iş adamı Karter Reumla ailə həyatı qurub. Bundan əvvəl o, üç dəfə nişanlanıb, lakin heç vaxt evlənməyib.

Mənbə: gazeta.ru

Share: