“Barselona” “Sevilya”nı darmadağın etdi

İspaniya La Liqasının 20-ci turunda “Barselona” “Sevilya”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların 3:0 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bütün qollar matçın ikinci hissəsində vurulub.

“Barselona” – “Sevilya” 3:0

Qol: J.Alba, 58, Gavi, 70, Rafinya, 79. 

Bu nəticə ilə xallarının sayını 53-ə çatdıran “Barselona” liderliyini davam etdirib. “Sevilya” isə 21 xalla 16-cıdır.

Share: