Pakistanı etiraz və iğtişaşlar dalğası bürüdü

Pakistanın müxalifətdəki Ədalət Uğrunda Hərəkat partiyasının tərəfdarları və fəalları çərşənbə axşamı ölkənin böyük şəhərlərində keçmiş baş nazir və partiya sədri İmran Xanın həbsi ilə bağlı etiraz aksiyalarına başlayıblar.

Məlumata görə, nümayişlər İslamabad, Pişəvər, Haripur, Feysəlabad, Ravalpindi, Lahor və ölkənin digər yerlərində keçirilir.

KİV nümayəndələrinin aksiyaları işıqlandırmasına icazə verilmir. Partiya tərəfdarlarını dağıtmaq üçün hökumət qüvvələri gözyaşardıcı qaz da daxil olmaqla, müxtəlif üsullardan istifadə edirlər.

Qeyd edək ki, mayın 9-da Xan İslamabadın Ali Məhkəməsinin binasında Əl Qadir şirkətinin vəsaitlərinin mənimsənilməsi işi üzrə İslam Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən saxlanılıb.

Hazırda Pakistan məhkəmələrində terror və iğtişaşlar da daxil olmaqla müxtəlif ittihamlarla ona qarşı onlarla cinayət işi qaldırılıb.

Mənbə: TASS

Share: