Pakistandakı məsciddə kamikadze özünü partlatdı: Ölənlərin sayı artdı

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Rəsmilər azı 61 nəfərin öldüyünü, 157 nəfərin yaralandığını bildirib.

Məlumata görə, partlayış zamanı məscidin daxilində 120-yə yaxın adam olub. Orada olanların əksəriyyəti polis, ordu və istehkamçılar olub.

Hadisə nəticəsində məscidin bir hissəsi və damı uçub.

Mənbə: CNN

19:20

Pakistanın Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 44 nəfər həlak olub.

Bu barədə bazar ertəsi KİV məlumat yayıb.

Daha 157 nəfərin yaralandığı qeyd edilir. Bildirilr ki, dağıntılar altında insanların qaldığı güman edildiyi üçün ərazidə xilasetmə əməliyyatı aparılır.

14:51

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı zamanı ölən şəxslərin sayı 28-ə çatıb.

Bu barədə yerli KİV məlumat yayıb. 

Son məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 150 nəfərdir. 

Qeyd edək ki, hələlik terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Mənbə: Sky News

13:58

Pakistanın Pişəvər şəhərində məsciddə baş vermiş partlayış nəticəsində azı 90 nəfər yaralanıb, 17 nəfər isə həlak olub.

Partlayışı kamikadze terroristin törətdiyi güman olunur.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, hücumçu məsciddə namaz zamanı ön sırada olub və daha sonra bombanı işə salıb.

Hazırda yaralılar xəstəxanaya yerləşdirilir, xəsarət alanlardan 13-nün vəziyyəti ağırdır.

Terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Mənbə: Reuters

Share: