Ölüm tələsi – Tramp dünyanın ən təhlükəli paytaxtının adını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Vaşinqtonun dünyanın ən təhlükəli paytaxtı adlandırıb.

Bu barədə o, özünün “Truth” sosial şəbəkəsində yazıb.

Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, şəhər əsl ölüm tələsinə çevrilib.

“Vaşinqton murdar, cinayətlə dolu ölüm tələsinə çevrilib. İndi bu, bəlkə də dünyanın ən təhlükəli paytaxtıdır”, – deyə siyasətçi bildirib.

O, yenidən prezident seçiləcəyi təqdirdə Vaşinqtonu təmizləyəcəyi, təmir və bərpa edəcəyi vədini verib.

Xatırladaq ki, Tramp bundan əvvəl Prezident Co Baydenin rəhbərliyi altındakı Birləşmiş Ştatların faşist dövlətə çevrildiyini demişdi.

Mənbə: Gazeta.ru

Share: