Ölkədə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 206 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 658, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 108 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 862 892 təşkil edir.

Share: