Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda mayın 11-də koronavirus (COVID-19) əleyhinə 93 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 962 886, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 602, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 090, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 187 nəfər təşkil edir.

Share: