Nussair Mazraui “Bavariya” komandası ilə məşq etmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nussair Mazraui bu gün “Bavariya” komandası ilə məşq etmir.

Bu barədə məşhur jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabından məlumat yayıb.

O bildirib ki, Mazraui sosial mediada Fələstini dəstəkləyən paylaşımından sonra “Bavariya” rəhbərləri ilə söhbət edib. Hər iki tərəf öz mövqelərini aydın və aşkar şəkildə bir-birinə bildirib.

Qeyd edək ki, “Bavariya İsrail”in rəsmi fan-klubu “Bavariya” rəhbərliyini Noussair Mazraouiyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Share: