Nifrətin dərəcəsi: Tom Kruzun “Oskar” mərasiminə qatılmamasının əsl səbəbi bəlli oldu

60 yaşlı amerikalı aktyor Tom Kruz keçmiş həyat yoldaşı Nikol Kidmanı görmək istəmədiyi üçün “Oskar” mükafatlarının təqdimetmə mərasimində iştirak etməyib.

Bu barədə “Daily Mail” öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, hətta “Top Gun: Maverick” filminin altı mükafata namizəd olması da Tom Kruzu tədbirə cəlb etməyib.

“Tom orada deyildi, çünki Nikol mərasimdə idi, o isə dava istəmirdi”, – deyə mənbədən bildirilib.

Kruza yaxın mənbələr isə nəşrə bildiriblər ki, onun iştirak etməməsinin səbəbləri “şəxsi” deyil, qrafiklə bağlı problemlərin nəticəsidir.

Xatırladaq ki, Kruz “Top Gun: Maverick”in dünya premyerasına helikopterlə yollanıb. Bundan başqa, o, 2022-ci ildə ABŞ-nin ən gəlirli filmlərindən birində dəstəyə görə tamaşaçılarına qeyri-adi təşəkkürü ilə gündəm olub (Belə ki, o ürək sözlərini Cənubi Afrikada “Missiya: Mümkünsüz” (“Mission: Impossible”) filminin çəkilişləri zamanı təyyarədən sərbəst uçuş zamanı çatdırıb).

Bu səbəbdən Kruzun gərgin iş qrafiki üzündən tədbirə qatılmaması ilə bağlı deyilənlər tamaşaçıları inandırmayıb.

Qeyd edək ki, Kruz Kidmanla 2001-ci ildə 11 illik evlilikdən sonra “barışmaz fikir ayrılıqları”nı əsas gətirərək boşanıb.

Yeri gəlmişkən 55 yaşlı aktrisa “Oskar” mükafatlandırma mərasiminə hazırkı əri, musiqiçi Keyt Urbanla çıxıb.

Share: