Neymar əməliyyat olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarın ayağındakı ön çarpaz bağı və meniskində yırtıq əmələ gəlib.

Bu barədə Braziliya Futbol Konfederasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hücumçu cərrahi əməliyyat keçirəcək.

Qeyd edək ki, Neymar 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə keçirilən oyunda (0:2) zədələnib.

Mənbə: TASS

18.10.2023, 09:22

Braziliya millisinin futbolçusu Neymar Cənubi Amerikada 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq uğrunda Uruqvaya qarşı keçirdiyi oyunda ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.

31 yaşlı forvardın zədələnməsi birinci hissənin artırma dəqiqələrinə təsadüf edib.

Futbolçu meydanı tərk edərkən gözyaşlarına hakim ola bilməyib.

Məlumat üçün əlavə edək ki, görüş 2:0 hesabı ilə Uruqvayın xeyrinə başa çatıb.

Beləliklə, Braziliya yığması dünya çempionatının seçmə turnirində ilk məğlubiyyətini yaşayıb.

Mənbə: Sport-express

Share: