Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.

Ordubad şəhər sakini, 2006-cı il təvəllüdlü Abdullayev Sahil Bulud oğlu yol keçərkən, Babək rayon Qoşadizə kənd sakini Mirəli Seyidovun idarə etdiyi VAZ-2107 markalı 67-BE-173 dovlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.

Ağır xəsarət alan piyada Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəsətəxanasının travmatalogiyaya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: